Logo

Alma, banan, lavaş çipsləri – KÖKƏLTMİR!


Alma, banan, lavaş çipsləri – KÖKƏLTMİR! Kökəltməyən çipslər hazırlayın və bol-bol yeyin!

Alma çipsisi

Ərzaqlar:
Alma – bir neçə ədəd
Ədviyyat: darçın, şəkər tozu.

Hazırlanması:
Almaları yaxşıca yuyuruq, nazik-nazik dilimləyirik. Darçın tozu ilə şəkəri qarışdırırıq. Alma dilimlərini həmin qarışıqda fırladırıq. Sonra onları bir-bir listə düzüb, 110 dərəcədə 2 saata yaxın quruduruq.

Banan çipsisi

Ərzaqlar:
Banan – bir neçə ədəd
Limon şirəsi.

Hazırlanması: 
Bananların qabığın soyursunuz, uzunvari, nazik dilimləyirsiniz. Limon şirəsinə batırıb, perqament kağız salınmış listə düzürsünüz. 90 dərəcə isdilmiş sobada baananlar quruyana kimi bişirirsiniz.

Lavaş çipsisi

Ərzaqlar:
Lavaş
Təzə şüyüd – 1 dəstə
Sarımsaq – 2 diş
Qara toz bibər
Duz
Zeytun yağı – 0,5 x.q.

Hazırlanması:
Sous üçün olan bütün ərzaqları – sarımsaq, şüyüd xırdalanır, duz, istiot, zeytun yağı vurulur və qarışdırılır. Lavaşları kiçik hissələrə bölürsünüz. Onları həmin sousa batırıb, listə düzürsünüz və 200 dərəcədə 10-15 dəqiqə qızardırsınız.