Logo

Dəbdə olacaq gəlinliklər


Ailə həyatı qurmağa hazırlaşan xanımlar gəlinlik seçərkən bir sıra önəmli nüanslara diqqət yetirməlidir.

Türkiyəli moda mütəxəssisləri ilk olaraq həmin gün geyiniləcək gəlinliyin nə dərəcədə rahat olmasının vacibliyini bildirib. 

Gəlin paltarlarının bel hisəsində bağlanan qırmızı lentlər isə öz yerini çəhrayı və qara lentlərə verəcək. Toy günündə füsunkar görünüşə sahib olmaq üçün hər bir nüansa diqqət yetirin. Gül seçimi edərkən də al-əlvan rənglərə üstünlük verməyiniz tövsiyə edilir.

Öncəki illərdə  olduğu kimi bu il də qısa ətəkli gəlinliklər dəbdə olacaq. Bu cür modellər xanımlara özünə inamlı görünüş verəcək.