Logo

Əzilmiş tərəvəz şorbası


Ərzaqlar:

 200 qr təmizlənmiş kub formasında doğranmış balqabaq

200 qr qabığı soyulmuş və kub şəklində doranmış kök

150 qr soyulmuş və kub şəklində dağranmış kartof

2 ədəd xırda doğranmış soğan

200 qr qabığı soyulmuş və doğranmış pomidor

2 ədəd rəngli bolqar bibərləri.

4 diş soyulmuş və doğranmış sarımsaq

150 qr kərə yağı

 6 stəkan su su

 Hazırlanması:

 Öncə tavanı ocağın üstünə qoyun. Sarımsaq, soğan, kök, balqabaq və kartofu əlavə edib, 5 dəqiqə qovurun. Pomidor və suyu da əlavə edib, yeməyi qaynamağa qoyun. Su yerinə ət bulyonundan istifadə də mümükündür.

25 dəqiqə qaynayan yeməyi blenderdən keçirib süfrəyə verə bilərsiz.