Logo

Göbələkli ət yeməyi


Tərkibi

1. orta ölçüdə bir parça mal əti

2. 4 qaşıq zeytun yağı

3. duz, istiot 

4. 300 qr. göbələk

5. 1 soğan 

6. duru yağ, istiot

7. yarım st. su

Hazırlanması

 1. Salafan üstünə zeytun yağı, duz ve istiot tökülür. Ət parçası salafana qoyulur (şəkildə olduğu kimi)

2. Ət salafana bükülür. 180 dərəcədə 2 saat sobada bişirilir.  Bişəndən sonra daha bir saat sobada saxlanılır (soba sönük vəziyyətdə). Daha sonra soyudulur. 2-3 saat soyuducuda qalmalıdır (salafandan çıxarmadan). 

3. Soyuducudan çıxardılıb ət doğranılır, suyu isə təmiz qaba keçirilir. 

4. Qazanda soğan duru yağda yaxşı qızardılmalıdır. Göbələklər əlavə olunur, 3 dəqiqə qızardılır. Daha sonra qazan qapanır, su qurtarana qədər bişirilir. 

5. Sonda ət tikələri qazana düzülür. Üzərinə ətin suyu, istiot, yarım st. su əlavə olunur. Qaynayan kimi zəif qazda 20 dəq. qapalı şəkildə bişirilir. 

Nuş olsun.