Logo

Hamilə olmağın sağlamlığa faydaları


Hamiləlik, gözəl bir hiss olsa da səhər ürək bulanmaları, mədə turşuması, qıcqırma kimi bir çox problemlə birlikdə gəlir. Ana namizədləri üçün bədbəxtlik verici tərəfləri olduğu şübhəsizdir. Amma inanın, körpənin inkişafı üçün ifraz olan hormonlar, özünüzü bir çox mövzuda daha yaxşı hiss etmənizədə təsirli olur.

Adət sancılarına vida

Doğumdan dərhal sonra adət dövrü yenidən başlayar. Amma həyatınıza bir yenilik də gətirər: Daha az adət sancısı ehtimalı. Bəzi qadınlar hamiləlik və doğum sonrasında adət sancılarının tamamilə kəsildiyini söyləyir. Bu ağrı azalması ya da kəsilməsi vəziyyəti yaxşı bir inkişaf olaraq bilinərkən, belə bir şeyin niyə reallaşdığı tam olaraq bilinmir. Bir nəzəriyyəyə görə doğum, rəhmdəki prostaglandin qəbuledicisinin təsirini ortadan qaldırır. Prostaglandin hormonlarının, doğum əsnasında rəhmi istiqamətləndirmək kimi müxtəlif vəzifələri var.

Xərçəng riskinin azalması

Aparılan işlər, hamiləliyin məmə və yumurtalıq xərçənginə qarşı qoruyucu təsir göstərdiyini ortaya qoyur. Araşdırmalar, üç aydan daha uzun bir müddət əmizdirmənin məmə xərçəngi riskini azaltdığını göstərir. Bir fərziyyəyə görə, hamiləlik boyunca yumurtlama dayandığından; bütün həyat daxilində daha az yumurtlama, daha az məmə və yumurtalıq xərçəngi inkişaf ehtimalı mənasını verir. Bir başqa nəzəriyyəyə görə isə məmə toxuması, hamiləlik və əmizdirmə dövründə məmə xərçənginə daha az uyğun olur; çünki toxuma, hormonal
olaraq süd istehsalına hazırlıq üçün xəbərdar edilir.

Sağlam vərdişlər əldə edirsiz

Hamiləlik, pis vərdişləri sağlam vərdişlərlə dəyişdirmək üçün bir fürsətdir. Məsələn, siqareti buraxma mövzusunda… Ayrıca təmiz hava, məşq etmə mövzusunda da yaxşı bir motivasiya vasitəsidir. Bəzi araşdırmalar, tip 1 və tip 2 diyabeti olan qadınların bu xəstəliklə necə mübarizə etmələri lazım olduğunu hamiləliklə birlikdə öyrəndiklərini ortaya qoyur. "Körpəm üçün sağlam olmalıyam" düşüncəsi, qadınların hamiləlik və hamiləlik sonrasındakı həyatlarının daha sağlam yaşamalarına vəsilə olur.

Daha güclü dad və qoxu bilmə

Hamiləliyin, dad bilmə duyğusunu artırdığı görülür, çünki böyük ehtimalla bu dövrdə qoxu duyğusu da inkişaf edir. Bəli, eyni həssas qoxu duyğusu səhər bulanmalarına da gətirib çıxarır, amma bunun daha ləzzətli yeməklər seçməyi də asanlaşdırdığı bir həqiqətdir. Bəzi mütəxəssislər, radar kimi burunların yüksək estrogen səviyyəsindən qaynaqlandığını söyləyərkən; bəziləri, güclü qoxu duyğusunun, qadınların, həm ana həm də körpənin sağlamlığına zərər verən siqaret ya da xarab yemək kimi potensial təhlükələrdən uzaq qalmasına kömək etdiyini düşünür.