Logo

Ana südünü artıran təbii vasitələr


Ana südü körpə üçün ən dəyərli qidadır.

İnce.Az Axşam.az-a istinadən xəbər verir ki, ana südünün tərkibində olan maddələr körpəni yoluxucu xəstəliklərdən qoruyur. Bəzi qadınlar südün azlığından və körpənin yaxşı doymamasından şikayət edir.

Südün azalmasının bir çox səbəbi var , ən başlıcası isə stres, yorğunluqdur və yuxusuzluqdur.

Kİfayət qədər su içmədikdə də südün azalması müşahidə edilir. Buna görə, gündəlik 3 litrə yaxın maye qəbul edilməlidir.

Xalq təbabətində bir sıra təbii vasitələrdən istifadə etməklə ana südünü artırmaq olar:

Razyana dəmləməsi
Şüyüd toxumu dəmləməsi
Yemişan suyu (aptekde satılır) səhər-axşam yeməkdən əvvəl 10 damcı, 1 st. suya damızdırılır və içilir
Heyva kompotu
Əncir mürəbbəsi
Qaraçörək otu yağı
Sulu və südlü yeməklər
Bal və kök suyu qarışımı
Çiçək tozu (polen)