Logo

Ev şəraitində əl kreminin hazırlanması


Əl kremim həm ucuz, həm sağlam, həm təbii, həm də həqiqətən işə yarayan bir krem olsun deyirsinizsə dükan-dükan gəzmənizə ehtiyac yoxdur. Təbiət bizə lazımlı məhsulları verib onsuz da. Tək etməmiz lazım olan onları doğru bir şəkildə istifadə etməkdir.

Bu reseptdə badam, jojoba və kakos yağı var, amma siz istədiyiniz ya da dərinizin ehtiyac duyduğu bir yağ (məsələn: zeytun yağı) ilə bunu dəyişdirə bilərsiniz.
Ayrıca içində kremi sərtləşdirmək üçün bal mumu istifadə edirik ki, bal mumu tək başına belə dəriyə faydalı bir məhsuldur.
 Edilən araşdırmalara görə bal mumu antiallergik xüsusiyyəti ilə doğuşdan ya da sonradan olan allergiyalara qarşı dərisni qoruyur, ayrıca antioksidan və iltihab önləyici xüsusiyyəti sayəsində dəriyə və bədənə faydalı. Və son olaraq da istədiyiniz bir aroma yağı  istifadə edə bilərsiz.

İçindəkilər:
20 ml. - badam yağı
10 ml. - kakos yağı
5 qr. - bal mumu
2 qr. - kakao yağı
4 damla - jojoba yağı
4 damla - aroma yağı (məsələn lavanta)

Hazırlanması...
Orta odda bir qaba yağları və rəndələnilmiş bal mumunu qoyun və bal mumu tamamilə əriyib qarışana qədər istilədin. Ocaqdan götürdükdən sonra aroma yağını içinə damladın və yaxşıca qarışdırın. Qapaqlı bir şüşə qaba qoyun və soyumağa qoyun. Bax belə, əl kreminiz hazırdır.