Logo

Bu yay dəbdə olacaq aksesuarlar


Artıq yay fəsli qapıdadır. Bu da qarderobumuzu dəyişmək və yeni dəblərdən xəbərdar olmağımız üçün olduqca az vaxtımızın qaldığını göstərir.

İnce.az sizə bu yay dəbdə olacaq aksesuarlardan danışacaq.

İstər gündəlik həyatda, istərsə də ziyafətlərdə istifadə edəcəyiniz bu bəzək əşyaları ilə göz qamaşdıracaqsınız.

Bandana

 

Bu yazın dəbi olan bandana yayda da saçlarınızı bəzəyəcək.

Balıqqulağı

İstər bəzək əşyaları, istərsə də çantalarımızı bəzəyən bu kiçik balıqqulaqları sanki yayın ruhunu əks etdirir.

Zəncir kəmər

2000-ci illərdə dəbdə olan zəncir kəmərlər geri qayıdıb. Əsasən qara rəngli libaslarda istifadə edəcəyiniz bu aksesuar sizi daha zərif göstərəcək.

Mirvari


Əsrlərdən bəri əsla dəbdən düşməyən mirvari bu il daha kiçik ölçülərdə qarşımıza çıxacaq.

Xalxal

 

Hind filmlərinin olmazsa olmazı xal-xal dedikdə ilk ağlımıza gələn dəniz kənarı gəzintiləri olur. Bu il də yeni modellər ayaqlarınızı bəzəyəcək.

Saç aksesuarları


 

Saç klipsləri du il daha fərqli modellərdə qarşımıza çıxacaq.

Burma boyunbağılar

 

Doğrudur, burma boyunbağılar yeni deyil. Ancaq xanımlar nostalgiyadan vazkeçmək istəmir. Burmalar bu il yenidən dəbdədir.