Logo

Uşaqları dodaqlarından öpməyin – Xəbərdarlıq


Diş həkimi Michael Chong valideynlərdən uşaqlara keçəcək zərərli bakteriyalarla bağlı ailələrə xəbərdarlıq edib.

AzadQadin.az “A24.az”-a istinadən bildirir ki, həkim valideynlərə uşaqların dodaqlarından öpməməyi tövsiyyə edib və uşağını dodağından öpən valideynlərin onlara bakteriya keçirə biləcəyini söyləyib. Bundan başqa, o, valideynlərin uşaqların yeməklərini üfürməməsini belə xüsusilə qeyd edib:

“Mənim tövsiyyəm, övladınızı ağzından öpmək və onları zərərli vərdişlərdən qorumaq istəyirsinizsə, dişlərinizi təmiz saxlayın və daim nəzarət edin.  Çünki valideynin dişindəki çürük müdafiəsiz olan körpələrin sağlamlığına təsir edir. Bu da körpənin gələcəkdə diş çürüməsinə məruz qalacağını göstərir”.

Diş həkimi Chong uşaqların yeməyini soyutmaq istəyən ana və ataların qabdakı yeməkləri üfürməmələri üçün də xəbərdarlıq edir. Həmçinin yeməyin isti və ya soyuq olduğunu yoxlamaq üçün uşağın istifadə etdiyi qaşıq valideynin ağzına dəyməməlidir:
“Uşaqlarınızın diş sağlamlığına sahib çıxmağın ən gözəl yolu özünüzə baxmaqdan keçir.  Ailədə olan hər kəs tez-tez dişlərini yoxlatmalıdır. Ailənin üzvləri davamlı olaraq diş saplarından istifadə etməli, dişlərini fırçaladıqdan sonra təmiz olub olmadıqlarına əmin olmalıdırlar”.