Logo

Yuxa arası sadə börək


İçliyi siz  öz damaq zövqünə görə dəyişdirə bilərsiniz. Mən içinə uşaqlar yemədiyi üçün bibər qoymadım.

Ərzaqlar:

2 ədəd yuxa
100-150 qr. basdırma (doğranmış)
1 su stəkanı rəndələnmiş pendir 
1 ədəd pomidor
Qızartmaq üçün: duru yağ

Hazırlanması

Yuxalar üst üstə sərilir və 8 hissəyə bölünür. Cəmi 16 hissə olur.

Pomidorlar da 16 dilimə bölünür. (əvvəl 2-yə sonra 8-ə)
Yuxaların bir kənarına əvvəl bir az basdırma, 1 dilim pomidor bir azda pendir qoyun, kənarlarını içindəkilər tökülməməsi üçün içəri qatlayın. Sonra kənardan ucuna doğru geniş düzbucaqlı şəkilində qatlayın.
 Qalan yuxaları da eyni üsulla içlik əlavə edərək bükün.
Yağda qızardılan börəkləri kağız salfet üzərinə qoyun, yağı çəkilsin. İsti halda süfrəyə verin.