Logo

Ənliklə gözəlləşməyin ən sadə yolları


Bir çox qadın hər gün makiyajın rutin hissəsi olaraq üzünü "rəngləndirir”. Makiyajın əsas hissəsi olan ənlik və kirşandan gündəlik istifadə edilməsi məsləhətdir. 2009-cu ildə aparılan araşdırmaya görə, ənlik üz dərisini daha canlı göstərir. Almacıq sümükləri makiyajda önəmli hissədir. Alma sümüyünüz qabarıq deyilsə, tək çarə kirşan və ənliklə bu görünüşü yaratmaqdır. Bu zaman siz ənliyi yanağınızın mərkəz hissəsindən başlayaraq qulaqlarınıza doğru çəkməlisiniz.

Rənglənin
Cəlbedici rəngli makiyajla olduğunuz məkanlarda parlayacaqsınız. Buna görə də göz makiyajını ön planda tutun. Yanaqlarınızı isə çəhrayı edin.

Təbii görünməyə çalışın.
Makiyajı bitirib güzgüyə baxdığınız zaman yanaqlarınızın təbii çəhrayı olması çox önəmlidir. Təbii görünmək istəyirsinizsə, ənliyi üzünüzə vurduqdan sonra kirşan ilə üzünüzü örtün. Bu zaman olduğunuzdan daha gözəl görünəcəksiniz.