Logo

Sobada kartof dolması


Ərzaqlar

4 ədəd orta irilikdə kartof

300 qr. quşbaşı qıyma  

1 iri quru baş soğan 

2 diş sarımsaq (zövqə görə, olmasa da olar) 

2-3 ədəd yaşıl, şirin bibər

3 ədəd orta boy pomidor 

Yarım dəstə cəfəri 
Damaq tadınıza görə: Duz, qara bibər, sarıkök 
Kartofu qızartmaq üçün: Zeytun yağı 
Sous üçün: 1 çay qaşığı tomat, 2 su stəkanı su

Sobada Kartof Dolması necə hazırlanır?

Kartofları soyub, eninə ortadan ikiyə bölürük. Yəni 4 kartofdan 8 ədəd dolma əldə edəcəyik.

Hər kartofun ortasını bıçaqla oyun. Ancaq çox oymayın. Kartoflar bir qədər ətli qalmalıdır.
Alt qisimlərindən azca düz kəsilir ki, dik olaraq nimçədə dura bilsin.
Kartofları yuyub qurulayın. Qaynar yağa atıb arxalı-önlü yüngül qızartmaq lazımdır.
 Soğan və bibəri də quşbaşı, kub şəkilində doğrayıp az yağda azca qovurun.