Logo

İtalyan mətbəxindən "Lazanya"


İlk öncə onu qeyd edimki,bu yemək iki sousdan ibarətdi:

Başamel və balonez.

Lazım olan ərzaqlar:

1 paket lazanya xəmiri (marketlərdə hazır satılır)

Mosorella pendiri (üzərinə vurulur sonda)

Başamel sousu üçün:

20 qr kərə yağı

10 qr un

200 qr süd

duz,istiot

Balonez sousu üçün:

2 baş soğan

3-4 əd pomidor

250qr ət

Duz,istiot

Hazırlanması:

Başamel sousunun hazırlanması çox asandır.Yağ əridilir.Üzərinə un əlavə edilib qarışdırılır.Zərif odda az-az süd qatılır,dayanmadan qarışdırılır.Duz-istiot vurulub,5 dəq ərzində kənara çəkilir.

Balanez sousu üçun öncə soğanları doğrayurıq.Qızartmağa başlayırıq.Əti əlavə edirik.Qovrulduqdan sonra pomidorların qabıqlarnı soyub,xırda-xırda doğrayıb,bura əlavə edirik.Zərif odda qoyuruq ,ki pomidorlar su salsın.Souslar sulu olmalıdı.Sonda duz-istiot vurub,kənara çəkirik.

Keçirik Lazanyamızın hazırlanmasına.Hazırlayacağımız soba tavasını yağlayırıq.Üzərinə hazır xəmirmizi qoyuruq.Lavaşın üzərinə əvvəl başamel sousu,daha sonra balanez sousu qoyuruq.Sonra ikinci qat xəmir qoyuruq.3 qat xəmir olur.

Üzərinə mosorella pendiri səpib,falqayla örtüb,190 dərəcədə 15 dəq bişiririk.Buyurun.

 Nuş olsun!!!