Logo

Makiyajı silməyin 5 sirri


1-Buxar-

Çox qatlı makiyajı silmək üçün üzünüzü qaynar suyun buxarına tutun.  Buxar make-up-ı yumşaldacaq və makiyajı silmək asanlaşacaq.

2-İsti nəmli dəsmal-

Makiyajı pambıq disklərlə silməyə alışsaq da,daha effektivli həll yolu isti nəmli dəsmalla silməkdir.

3-Miseliar (Мицеллярнаяа вода) su –

Top-modellər və vizajistlər bu suyu boş yerə sevmirlər.Miseliar su üz,göz və dodaqdan makiyajı effektli silən vasitədir.Bu vasitədəni üzə çəkdikdən sonra üz yuyulmur.Əgər adi vasitələrdən üz qızarırsa ,bu su üzdə qızarıqlıq yaratmır.

4-Şirəli skrab-

Gündəlik Yüngül makiyajı təmizləmək üçün ev şəraiyində hazırlanan skrab da yardımçı ola bilər.Bu scrabı hazırlamaq üçün sənə 50-60 q şəkər qamışı və 10 q  bal lazımdır.Bu məhsulları gil qabda qarışdırıb üzə çəkmək lazımdır.Sonra isə ilıq su ilə üzünüzü yuyun.2 tərəfli effekt əldə edəcəksiz.Həm makiyaj silinir,həm də üzünüzdə qanın hərəkəti aktiv olunur.Unutma bu vasitə çoxqatlı gecə makiyajı üçün nəzərdə tutulmayıb.

5- 60 saniyə-

Makiyaj silmək üçün bir çox vasitələr onlara bir az vaxt versəydiz yaxşı işə yarayardı. Bu əsasən suya davamlı  olan tuşa aiddir. Belə tuşdan qurtulmaq üçün 1 dəqiqəyə ehtiyacınız var.İsladımış diskləri göz qapaqlarınıza qoyub 60-a qədər sayın.Sonra gözünüzü silin.