Logo

Qırmızı rəngin cazibəsi - fotolar


Venesiya kinofestivalı çərçivəsində təqdim olunan “Şöhrətin qiyməti” filminin premyerasında diqqət mərkəzində olan simalardan biri də model Alessandra Ambrosio olub.

İnce.az Axşam.az-a istinadən xəbər verir ki, qırmızı xalıda eynirəngli libasda görüntülənən Ambrosio sadə makiyajı və saç düzümü ilə görünüşünü tamamlayıb.

Zərif boyunbağısı ilə daha da şarmlı görünən model “Alberta Ferretti” imzalı donu ilə dəbsevərlərdən böyük diqqət görüb.