Logo

Uşağınız gec yatırsa bunları edin


Bəs elə isə uşaqlar niyə yatmaq istəmir?Təbii ki,bunun bir çox səbəbləri var.İlk növbədə 3-6 yaş arası uşaqlar qaydaları pozmaqla valideyinlərin "səbr kasasını" yoxlamağa çalışırlat.Əsasən bu "test" valideyinlərin ən çox üzərində durduqu şeylər ətrafında baş verir.Digər tərəfdə əgər evdə ata da ,ana da işləyirsə, bu boşluğu doldurmaq üçün yatmaq istəmir.Başqa bir səbəb isə uşağın gecələr qorxduğu üçün yuxuya getməkdə çətinlik çəkməsidir.
Yeri gəlmişkən deyək ki,belə problemlər daha çox məktəb yaşına çatmamış uşaqlar üçün xarakterikdir.Məktəb yaşına çatmış uşaqlarda isə səbəb stresdir.Digər tərəfdən isə bu problem uşağın həyatında baş verən hansısa bir hadisəyə reaksiyası kimi ortaya çıxa bilər.Məsələn ailədə boşanma hadisəsinin baş verməsi və ya ailədə yeni uşaqın dünyaya gəlməsi kimi.Təbii ki,uşaqların yaşadığları bu cür problemlər vaxtında hiss etmək çox vacibdir.Bu baxımdan valideyinlər təkcə fədakarlıq yox,nə də bilik və bacarıq deməkdir.Bu problemin baş verməsi bir səbəbi də ilk illərdə evdə müntəzəm yuxu rejiminin olmaması və ya yuxu rejiminə riayət edilməməsidir.

Bəs uşaqlarda yuxu rejimini necə yoluna qoymaq olar?

1.Uşağı yuxuya həvəsləndirmək üçün yatmazdan əvvəl ona bir nağıl danışın.Yaşından aslı olaraq uşağınınzı otağında gecə lampası yandıra bilərsiniz.Əgər uşağınızın yata bilməməsinə səbəb qorxudursa ,otağının qapısını azacıq açıq qoya və ya sevdiyi bir oyuncaqla yatmasına icazə verə bilərsiz.
2.- Uşağınız niyə tez yatmalı olduğunu dərk eləməlidir.Ona görə fə bu vəziyyəti uşağınıza başa düşə biləcəyi bir şəkildə izah edin.Yeri gəlmişkən deyək ki,məktəbəqədər dövrdəki uşağlar üçün yuxu müddəti 10-12 saat ,böyüklər üçüns,6-8 saatdır.
3. İlk illər uşağınız üçün konkret yuxu rejimi tətbiq edin və mümkün qədər bu rejimin pozulmasına imkan verməyin.Unutmayın ki,yuxu rejimi sizin iradənizdən asılıdır.
4.- Uşağınızın mövqeyinizdə hər hansı boşluq hiss etməsinə imkan verməyin .Əgər uşaqınız ikinizdən birinizin mövqeyində boşluq hiss etsə, çəkinmədən ondan istifadə etməyə çalışacaq.Ona görə də,istər bu məsələdə, istərsədə başqa məsələdə həyat yoldaşınızla eyni dildə dadanışmağa çalışın.
5. Yuxu rejimində ifrat mövqe tutmaq doğru deyil.Məsələn,həm uşağınız həm də,ailənizlə bağlı hər hansı müsbət və ya mənfi hadisə uşağınızın yuxu rejimini dəyişə bilər.Digər tərəfdən ara sıra uşağınızın müsbət hərəkətlərini mükafatlandırmaq üçün də yuxu rejimində müəyyən güzəştlərə getmək olar.
6.Siz televizorun qarşısında oturmusunuz ,uşağdansa yatmasını tələb edirsiz.Təbii ki uşaq üçün bunu qəbul etmək o qədər də asan deyil.Bunun üçünsə televizoru söndürə və ya yuxu satına yarım saat qalmış "Bir az sonra yatmaq vaxtıdır" kimi xəbərdarlığlar uşağınıza yatmağa hazırlaya bilərsiz.Digər tərəfdən yuxu saatına az qalmış uşaqlarla hərəkətli oyunlar oynamaq olmaz.
7.Gec yatan uşaqın gec də oyanması təbiidir.Bu problemi aradan qaldırmaq üçün uşağınızın başqa vaxtlarla müqayisəfə daha tez yatdığı və daha tez oyandığı bir günü müəyyən edin.Və o günü mümkün qədər dəyərli keçirin.Daha sonra bu gün haqqında uşağınızla söhbət edə və:""Dünən tez yatdığın üçün bu gün tez oyandın,biz də səninlə çoxlu vaxt keçirdik",- deyərək onu tez yatmaqa həvəsləndirə bilərsiniz...