Logo

Balıq ləvəngisi


Ərzaqlar;

•2 kq balıq (kütüm)

•200 qr qoz ləpəsi

•4 soğan

•2 yemək qaşığı palçıq turşu

•Duz

•İstiot


Hazırlanması;

•Əvvəlcə balığı təmizləyib yuyun

•İçərisini və üstünü duzlayıb, istiotlayın

•Həmçinin içərisinə palçıq turşunu vurun və balığı qoyun bir kənara

•Qoz ləpəsini ətçəkən maşından keçirdin

•Soğanı da ayrıca ətçəkən maşından keçirdin. Tənzif vasitəsi ilə sıxıb acı suyunu çıxardın

•Dərin bir qaba çəkilmiş qozu, soğanı, turşunu, duz, istiotu əlavə edib yaxşıca qarışdırın

•Hazırladığınız balığın içərisinə ləvəngini doldurun

•Balığı adi iynə sapla tikin

•İsidilmiş sobada balığın üzəri qızarana qədər bişirin

Nuş olsun.