Logo

Dietik, sağlıqlı, ucuz və bol vitaminli tərəvəz kotleti


Yəqin ki, sizin uşaqlar da tərəvəz yeməkdən xoşlanmırlar. AzadQadin.az onlara tərəvəzi yedirməyin çox dadlı bir yolunu təqdim edir. Bu həm öz sevdikləri yemək olur, həm də sizin məsləhət bildiyiniz. Tərəvəz kotleti uşaqlar üçün ən qidalı və dəyərli yemək hesab edilir. Bizə gərək olan isə onların sağlam böyüməsidir. Evinizdə nə varsa bu kotleti onunla hazırlaya bilərsiniz. 

Vegetarian mətbəxinə aid olan bu yemək üçün bizə kartof, yerkökü, balqabaq, badımcan, lobiya, kələm, gül kələmi, soğan - ümumiyyətlə evinizdə hansı cür tərəvəz varsa onlardan lazımdır. 

Hər tərəvəzdən eyni miqdarda götürüb sürtkəcdən keçirin, göyərti əlavə edin, sarıkök, sanbar, istiot, zəncəfil kimi ədviyyatlardan əlavə edin, duz səpin. iki yumurta qırın  Yumurta yeməyən olursa un da kifayət edir.

Əlinizlə qarışdırın, kotletlər hazırlayın və yağda qızardın. Daha yaxşı olar ki, zeytun yağı olsun.

Qeyd: Sobada bişirsəniz daha da faydalı olar.