Logo

Dırnaqlardakı problemlərin həlli yolları


Yalnız qadınlar deyil, kişilər də baxımlı və gözəl görünən dırnaqlara sahib olmaq istər. Dırnaqlardaki problemlər isə yalnız pis bir görünüş ortaya çıxarmaqla qalmaz,  eyni zamanda bəzi xəstəliklərin xəbərçisi olma baxımından əhəmiyyətlidir.Gündəlik həyatımızda diqqət etməsək də, əslində,dırnaqlarımız sağlığımız haqqında bizə çox şeylər izah edir. Məsələn, dırnaqlarda yaşanan davamlı soyulmalar, qidaların həzmi ilə bağlı bir problemin siqnalı ola bilər. Yaxud dırnaqlarda çox sarılıq varsa, bu,yəqin ki, bir göbələk xəstəliyinə işarə edər.
 
 Dırnaqlarda yaşanan problemlər:
 
Soyulma : Dırnaqlarınız soyulursa, bədənin mineral çatışmazlığı ilə əlaqədar bir problem var deməkdir. Buna qidaları kifayət qədər çeynəmədən birbaşa yemək səbəb ola bilər. Qidaların uyğun şəkildə parçalanmadan həzm edilməsi qarındakı turşu miqdarının aşağı olmasına gətirib çıxarar.
 
Dırnaq ətrafındakı dəri quruması :Barmaqlarda çox açıq şəkildə görünən bir vəziyyətdir. Xüsusilə,qış mövsümlərində dırnaq ətrafındakı dərinin quruyub soyulması daha çox bədənin kifayət qədər nəmlənməməsi ilə əlaqəlidir. Həmin hissəyə  gündə ən azı bir dəfə epiderm yağı istifadə edərək  problemi həll edə bilərsiniz. Epiderm yağı istifadə edilməzsə, əl kremi ilə də soyulan bölgə üzərində yaxşıca masaj edərək problemə çarə tapıla bilər. 
 
Ağ Nöqtələr : İnsanların əksəriyyəti  dırnaq üzərindəki ağ nöqtələrin kalsium əskikliyinin bir işarəsi olduğuna inanar. Ancaq kalsium əskikliyi ilə birlikdə bunlar realda dırnaq göbələyi və ya barmağın şiddətli bir zərbəyə məruz qalması kimi bir zədənin nəticəsi də ola bilər. Əgər dırnaqda ağrı və ya qaşıntı varsa , bu,göbələk ehtimalının yüksək olduğunu göstərir. Heç bir acı və ya qaşıntı yoxdursa, bu,yəqin ki, bir zədənin nəticəsidir.
  
Qırılmalar : Dırnaqlarda qırılmanın bir neçə səbəbi ola bilər. Bu qırılmalar barmaqların uzun davamlı yuyucu və ya kimyəvi maddələrə məruz qalmasının nəticəsində meydana gəldiyi kimi, yaxud qeyri-kafi bəslənmədən də qaynaqlana bilər. Qırılmaların səbəbini tam olaraq bilmək üçün dırnağın qalınlığı, rəngi kimi fiziki xüsusiyyətlərinin zaman içində dəyişib - dəyişmədiyi bilməlidir. Əgər bir dəyişiklik görülürsə, xüsusilə,su və yuyucudan istifadə edilməməlidir. Yenə də bu problem özünü göstərirsə, həkimə müraciət edilməlidir.
 
Sararmalar : Siqaret çəkən insanların barmaqlarındakı  yanında, dırnaqlarda sararmalar görülə bilər. Bu, ilk növbədə dırnaq göbələyinin işarəsidir və həkimin tövsiyə edəcəyi müalicə üsulu ilə ortadan qaldırıla bilər. Sarılıq dırnaqları davamlı boyamaqdan, sonra isə kafi təmizliyi etməməkdən də qaynaqlana bilər. Digər tərəfdən qızıl qayda olaraq hər üç həftədə ən az üç gün dırnaqların boyanmaması lazımdır. Dırnaqlara boya vurduqdan sonra  dırnaq təmizliyi edilərkən sarılığın qarşısını alan məhsullar uyğun və kafi şəkildə istifadə edilməlidir.
 
Şaquli,tünd cizgilərin meydana gəlməsi: Dırnaqların altında yaranan tünd xəttlər zərərsiz ləkələr olduğu kimi melonosit hüceyrələrindən qaynaqlanan pis xasiyyətli şiş xəbərçisi də ola bilər. Bu,hiss edildiyində zaman itirmədən dermatoloqa müraciət etmək lazımdır. 
 
 Dırnaqların Sərt Olması : Dırnaqlarınız daş kimi sərtdirsə və asanlıqla qırılmırsa, bu sağlam olduğunuza işarədir.
 
Dırnağın Ayrılması :Dırnağın barmaqda hər zaman çıxdığı yerin xaricinə daşması yaralanma, infeksiya və ya istifadə etdiyimiz bir dərmana reaksiyanın nəticəsi ola bilər. Bu həm də troid və sədəf xəstəliyindən də qaynaqlanır. Bu cür vəziyyətlərdə dırnaq ümumiyyətlə bir neçə ay içində köhnə halına dönər, lakin dırnağın  çıxması həddindən artıq olursa həkimə müraciət edilməsi lazımdır.