Logo

Saçlarınızı fenləyən zaman bu səhvləri etməyin


Müasir dövrdə xanımların böyük köməkçisi olan fenlər,bəzən də saçların zədələnməsinə səbəb olur.Stilistlərin verdiyi məsləhətlərə düzgün əməl etsəniz saçınızı zədələmədən qorumuş olarsınız.

Feni düzgün tutmamaq
 
Ən əsası yadda saxlamaq ki, saçın üst qatı pullu səthə malikdir. Bunu başa düşmək üçün eynilə palma gövdəsini təsəvvür edin.  Onlar, çox funksiyanı yerinə yetirir,əsas da qoruyucu funksiyanı...
 Siz fendən istifadə zamanı saçların qoruyucu təbəqəsini zədələmək istəmirsinizsə mütləq, başlıqdan istifadə edin.

Taxma başlıq-diffuzordan istifadə etmirsən
 
Əgər siz saçlarımıza dalğa effekti vermək istəyiriksə, onda mütləq diffuzor başlıqdan istifadə edin. 

Теrmoqoruyucu vasitələrdən istifadə etmirsən

Qurutma zamanı termoqoruyuculardan istifadə etmək lazımdır. Xoşagəlməz quruluğun və qırıqların qarşısını almaq üçün mütləq istifadə etmək lazımdır.

Qurutma rejimində dəyişiklik edilməməsi

Saçları nəm halda qurudarkən maksimum tempratur seçirik.Ancaq saçlar quruduqdan sonra bu tempraturu azaltmırıq.Və buda saçlarımızı ciddi şəkildə zədələyə bilir.
Məhz buna görə də stilistlərqurutma zamanı bir neçə rejim seçməyi məsləhət görürlər.

Soyuq hava axınından istifadə olunmaması

Qurutmanın son mərhələsində soyuq hava rejimi seçilməlidir. Bu rejim saçlarda tam nəmliyin itməməsini və saçın parlaq görünməsini təmin edir.