Logo

Alman tortu


Xəmir üçün;

•2 yumurta

•3 yemək qaşığı şəkər tozu

•4 armudu stəkan un

•1 armudu stəkan qatıq

•1 qabartma tozu

•1 vanil

•125 gr kərəyağı

Krem üçün;

•Yarım stəkan süd

•2 armudu stəkan şəkər tozu

•2 armudu stəkan un

•1 vanil

•1 armudu stəkan ilıq su

•1 yumurta

•2 yumurta sarısı

•50 gr kərəyağı

Hazırlanması;

•Xəmir üçün yumurta və şəkəri çalın

•Qalan digər ərzaqları sıra ilə əlavə edib mikserlə çalın

•Qarışımı yağlanmış 25-30 sm’lik keks qabına tökün

•İsidilmiş 175 sobada, qızarana kimi bişirin

•Krem üçün süd və şəkəri orta dərəcədə isidin

•Un, vanil, su, yumurta və yumurta sarısını mikserlə çalın

•İlıq südlü qarışıma əlavə edib taxta qaşıqla qarışdırın

•Qatılaşana kimi bişirin

•Qazdan alıb kərəyağı əlavə edib qarıştdırın

•Arasına ilıq kremdən vurun

•İstəyə uyğun arasına banan və ya çiyələk qoya bilərsiz

Nuş olsun.