Logo

Ətli buğlama yeməyi


Ərzaqlar;

•1 kq ət

•3 soğan

•2 yaşıl bibər

•1 qırmızı bibər

•4 pomidor

•İstiot

•1 dəst cəfəri

•Duz

•2-3  dolu yemək qaşığı kərə yağı

•1 stəkan su

Hazırlanması;

•Sümüklü dana ətini doğrayıb yuyun

•Lazım olan tərəvəzləri nazik şəkildə doğrayın

•Qazana soğan, ət, duz, istiot, soğan, bibər, pomidor və iri doğranmış cəfərini əlavə edin

•Ərzaqlar bitənə kimi ikinci layı da düzün

•Üstünə yarım limonun suyu, duz, iri doğranmış göyərti, kərə yağı və suyu əlavə edin

•Qazanın qapağını bağlayıb orta dərəcə qazda 2 saat bişirin

Nuş olsun.