Logo

Fərqli Ləzzəti Olan Göbələk Salatı Hazırlayaq


Ərzaqlar;

•1 Soğan

•.Göbələk konservası

•Kök

•Bolqar bibər

•Şüyüd

•3-4 limon suyu

•Turşu xiyar

•Zeytun yağı

•Duz

•İstiot

Hazırlanması;

Soğanı uzun uzun nazik doğrayın. Üzərinə duz tökünb əlinizlə qarışdırın. 5 dəqiqə sonra suda yuyub yavaşca suyun sıxın ki acısı getsin. Kökü az bişənə kimi qaynadın. Kök, göbələk, turşu xiyar, bibəri uzun doğrayın. Şüyüdü xırda doğrayıb hamısın bir qaba töküb qarışdırın. Sonda isə duz, istiot, zeytun yağın vurub soyuducuda gözlədəndən sonra süfrəyə qoya bilərsiz.

•Ərzaqları adam sayına uyğun nizamlaya bilərsiz.

Nuş olsun.