Logo

Gözləri daha iri göstərən makiyaj tövsiyyələri


Gözləri daha iri göstərən makiyaj tövsiyyələri... 

Gözlərinizin kiçik olduğundan şikayət edirsinizsə bir neçə makiyaj hiyləsiylə daha böyük görünən gözlərə sahib ola bilərsiniz. 

Kiçik gözlərə sahib olan qadınlar ümumiyyətlə gözlərini ön plana çıxaramamaqdan, göz rənglərinin kifayət qədər müəyyən olmadığından və göz makyajını yaxşı daşıyamamaqdan şikayətçidir. Bütün bu problemləri həll etmək üçün bəzi makiyaj taktikalarını təcrübə edə bilərsən. 

Gözlərinizin içinə ağ qələm sürün. 

İlk olaraq söyləməliyik ki, gözlərinizin içinə sürəcəyiniz işıqlandırıcı qələm gözlərinizi daha böyük göstərər. Gözləri böyük göstərmənin ən asan yollarından biri açıq rəngdə göz qələmi istifadə etməkdir. 

Göz içərisinə tətbiq edəcəyiniz ağ rəngdə qələmlər daha iri gözlərə sahib olmanıza imkan verir. Ayrıca kirpik üzəri və qaş altlarına açıq rəngli ten istifadə edərək daha iri bir görünüş təmin edə bilərsiniz. 

Göz qapağına açıq rəngli ten sürmək və orta tündlükdə mat bir ten ilə kölgələndirmək də işə yarayan üsullardandır. 

Tuj tək qat sürün. 
Eyeliner sürəcəyiniz zaman, gözlərinizin hamısına deyil də ortadan başlayaraq çölə doğru sürsəniz gözləriniz daha böyük görünəcəkdir. Əlbəttə kirpikləri unutmuruq ancaq sıx tuj da gözlərinizi balacalaşdıracaqdır. Bu səbəblə tək qat tuj sürüb gözəlcə qıvırmaq kafi olacaqdır.