Logo

Dırnaqları gücləndirən təbii maskalar


 Əl və dırnaqlarımız gözəlliyimizi tamamlayır.Amma bir çox qadın üçün güclü və xoş görünən dırnaqlara sahib olmaq bir xəyaldı.

Baxın bu  məsləhətlərə siz də qırılmayan , güclü və sağlam dırnaqlara sahib olun ..

Zeytun yağı - limon suyu qarışığı

1 çay qaşığı zeytun yağı və 1-2 damcı limonu qarışdırıb həftədə 2 dəfə dırnaqlarınıza tətbiq edin.Gecə yatmazdan əvvəl masaj edərək dırnaqlarınıza sürtün və əlcək taxıb 1 gecə gözlədin. Səhər yuxudan  qalxdığınızda ilıq suyla durulayın. 

Çay ağacı yağı - E vitamini qarışığı 

1 çay qaşığı çay ağacı yağı və 2-3 damla E vitaminini qarışdırıb dırnaqlarınıza sürtün. Bu qarışıq yalnız dırnaqları gücləndirməklə yanaşı , göbələk və infeksiyaya qarşı da dırnaqları qoruyur.  

Dəniz duzu tətbiqi.

2 qaşıq dəniz duzuna

2 damcı limon suyu ,

2 damcı ağ günlük yağı ,

2 damcı mur yağı və 2 damcı buğda toxumu yağı qarışdırın.Bu qarışığı bir kasa isti suya əlavə edib əllərinizi 10-15 dəqqiqə suyun içərisində saxlayın.

Həftədə 2 dəfə tətbiq edin.

E vitamini ilə gecə müalicəsi.

1-2 damcı E vitamini yağını dırnaqlarınıza tətbiq edib,  əlcək taxaraq 1  gecə gözlədin.

Ən sürətli həll yollarından biri olduğunu görəcəksiniz.

Hər zaman baxımlı və gözəl olmanız ümidilə.