Logo

Rəngli saçları necə qorumağ olar? - YOLLARI


Boyalı saçları qorumağın yolları

Amonyaksız saç kremləri saçlarınızın rəngini uzun müddət qoruyar. Ayrıca rənginizə görə saç kremi də seçə bilərsiniz. İndi artıq hər saç rənginə xüsusi ‘Rəng Qoruyucu' kremlər satışda var.

Qırmızı saçlar daha tez axar 

Qırmızı saç rəngləri böyük molekullu olduğundan saçdan daha sürətli axarlar. Böyük molekullar saç dərisindən daha tez atılar. Buna görə tez-tez boya etdirmək məcburiyyətində qalarsınız, saçlarınız köhnələ bilər. Təbii baxım yağları ilə saç dərinizə masaj edərək, saçlarınızın nəmini qoruyar və daha parlaq, sağlam bir görünüş əldə edə bilərsiniz

Çox yumayın 

Saçlarınızın rəngini qorumaq üçün onları daha az yuyun. Həftədə 2 ya da 3 dəfə kifayətdir.

Quru şampun 
Həftədə 2 ya da 3 dəfə sizə az gəlirsə, saçlarınız yağlanırsa quru şampunlardan istifadə edin. Bu məhsullar saçdakı yağı əmər və saçlarınızı təmiz göstərər. Başınızı önə əyin və saç köklərinə quru şampun spreyi sıxın.

Boyadan sonra dərhal yumayın 

Saçınızı boyatdıqtan sonra yumaq üçün ən az 48 saat gözləyin. Rəng yaxşıca saça oturar.

Duş aldıqdan saçlarınızı qoruyun 

Yalnız bədəninizi yumaq istədiyiniz zamanlarda duşa girdiyinizdə, saçlarınızı islatmayın. İslanmaqdan qorumaq üçün bone taxın ya da toppuz edin.

Çox isti sudan uzaq durun 

Çox isti suları saç telinin rəngini açar. İlıq və ya soyuq su ilə saçlarınızı yuyun.

Hər vaxt şampuna ehtiyac yoxdur 

Bəzən şampunu pas keçib, birbaşa saç kremi istifadə edə bilərsiniz. Beləcə saçlarınız yumşaq və nəmli qalar. Şampun, kremdən daha çox saç rəngini alar. 

Şampun və saç kremi birlikdəliyi 

Şampununuzla bərabər eyni krem istifadə etməyə çalışın, beləcə təsirini gücləndirmiş olarsınız. Məsələn: rəng qoruyucu bir şampundursa, krem də rəng qoruyucu olmalı. Bəsləyici bir şampun istifadə edirsinizsə, saç kremi də elə olmalı.

Ən yaxşısı olduğuna əmin olun 

Yaxşı bir şampun istifadə edərək, saç rənginizi uzun müddət qoruyar və kimyəvi icra olunmuş saçınızın sağlamlığına dəstək olmuş olarsınız.