Logo

Qızılbalığın hazırlanması


Dəniz məhsulları fransız mətbəxində əhəmiyyətli rol oynayır. Marinada qoyulmuş qızılbalıq həm sağlamlıq üçün yaxşıdır, həm də ecazkar dada malikdir.

İnqrediyentlər

100 q yaşıl mərci 3 tikə sümüklərdən təmizlənmiş təzə qızılbalıq 1 şalot soğanı kublara doğranılmış kökün yarısı 1 sarımsaq dişi 3 qara istiot dənəsi dəfnə yarpağı Sous: 1 ½ yemək qaşığı soya sousu 1 yemək qaşığı yağ bir çimdik doğranılmış zəncəfil bir çimdik vasabi tozu kublara doğranılmış şalot soğanı Marinad: ½ stəkan su ¼ stəkan limon şirəsi ½ stəkan yüngül soya sousu bir çimdik doğranılmış zəncəfil bir böyük çimdik vasabi tozu doğranılmış sarımsaq dişi

Hazırlanma

  • Marinadın inqrediyentlərini qarışdırın, əmələ gəlmiş qarışığı qızılbalığın üstünə tökün, sonra isə onu bir neçə saata soyuducuya qoyun.
  • Mərcini istiot dənələri, sarımsaq və dəfnə yarpağı ilə bişirin, sonda duzu qatın. Bişirilmiş mərci bərk qalmalıdır.
  • Kökü bir az suda qaynadın, qurudun və soyuq suya qoyub soyudun ki, bərk qalsın.
  • Mərcini, kökü, şalot soğanını və sousu qarışdırın. Bir müddət gözləyin ki, dadlar bir birinə qarışsın.
  • Qızılbalığı marinaddan çıxardın, qurudun, nazik dilimlərə doğrayın.