Logo

"Rafaello" tortu


Tərkibi:

2 yumurta

2 st. un 
1 paket qabartma tozu
400 ml qaymaq 
  3/4 st. şəkər tozu
15-20 ədəd "Rafaello" konfeti 
5 paket vanilli şəkər 
200 q. xama 
300 q. xırdalanmış kokos  

Sobanı 170 dərəcəyədək qızdırın. 
2 yumurta, 1 st. şəkər tozu, 2 paket vanil qarışıb möhkəm köpük alınanadək çalın. 200 ml. qaymaq əlavə edib çalmağa davam edin. 

Un, qabartma tozu əlavə edib yaxşıca qarışdırın. 

Xəmiri yağlanıb perqament döşənmiş formaya tökün. Sobada 25 dəqiqə bişirin. Sonra biskviti soyudub iki yerə bölün. 

Krem üçün xamanı, 200 ml qaymağı, 3/4 st. şəkər tozunu və 3 paket vanili çalın (qatı krem alınmalıdır). 

Birinci biskvitin üzərinə 1 - 1,5 sm. qalınlıqda krem çəkin.  

6 ədəd "Rafaello" konfetini blenderdə xırdalayıb kremin üstünə səpin.  

İkinci korju qoyun, üzərinə və tortun kənarlarına kremin qalanını çəkin.

"Rafaello" konfetlərini  üzərinə düzün, üstünə xırdalanmış kokos səpin.