Logo

"Tısbağa" peçenyesi


Ucuz başa gələn, bizi yormayan yeməklər, şirniyyatlar hazırlamaq bütün qadınların arzusudur.. İnce.Az  xüsusilə çalışan xanımların, zamanı olmayanların, ya da "mən bacarmıram" deyənlərin edə biləcəyi çox asan resept təqdim edir.

Ərzaqlar
1 su stəkanı bitki yağı

1 paket toz krem şənti

2,5 stəkan un

4 yemək qaşığı şəkər tozu (təbii ki istəyə görə)

2 xörək qaşığı kakao

Hazırlanması;
Yağı dərin bir qaba alın. Unu və toz krem şantiyi əlavə edib bu üç materialı yaxşıca yoğurun. Konsistensiyanı alan xəmiri, 2 hissəyə bölün, 1 hissəsinə kakao qatın,  yağlı kağız üzərində bir mərdanə köməyi ilə açın və dəyirmi qəlib köməyi ilə kəsin, şəkildə olduğu kimi  "Tısbağa" şəkili verin.  170 dərəcəlik sobada 15-20 dəqiqə bişirin.