Logo

Uşağı ana südündən ayırma qaydası


Ümumdünya Səhiyyə təşkilatı uşaqların 2 yaşına qədər əmizdirməyi yövsiyə edir.Bəzi uşaqlar müəyyən yaşda ana südündən imtina edirlər,bəziləri isə hətta 3 yaşında buna hazır olmurlar.

Əgər qadın uşağını ana südündən ayırmağa qərar veribsə (çalışın bu uşağın 1,5-2 yaşından tez olmasın) çox səbirli olmalıdır.Lakin uşaq buna görə əsəbləşirsə,tərslik edirsə ,bu o deməkdirki uşaq buna hazır deyil və ana birqədərdə gözləməlidir.
Süd azdırsa ( adətən laktasiyanı qurtarana yaxın süd də az miqdarda ifraz olunur ),laktasoyanı dayanfırmaq üçün sadəcə əmizdirməni kəsin və gözləyin.Süd çoxalars və süd vəzilərondə narahatlığ hiss edərsinizsə bir qədər süd sağın( süd vəzilərində gərginlik azalana qədər)Əgər siz süd vəzinizi tam boşaldarsanız ,laktasiya daha da artacaq.
Süd vəzilərində narahatlıq hissi yenidən əmələ gələrsə ,bu preduru təkrar edin Əvvəllər laktasiyanı azaltmaq üçün qadınlara süd vəzilərini sıx bağlamağı və ya mayeni az qəbul etməyi məsləhət edirdilər.Lakin indi həkimlər bunun əleyhinədir. Laktasiyanı azalmasına bəzi xalq təbabəti üsulları kömək edə bilər.Belə ki,adaçayı və nanə dəmləmələri çox yaxşı effekt verir.
Kakin laktasiyanın dayandırılmasından sonra bəzi qadınlarda laktosaz və mastitin təhlükəsi artar.Bu səbəbdən qadın çox diqqətli olmalıdır.Əgər süd vəzilərində bərkimiş ağrıkı sahələr,güclü ağrı hiss olunarsa ,hərarət qalxarsa həkimə müraciət etmək məsləhətdir.
Bəzə ana ağır xəstəliyə düçar olması və ya təcili olaraq uzaq səfərə getməsi səbəbindən körpəni tez bir zamanda süddən ayırmağa məcbur olur.Anada süd azfırsa yuxarıda qeyd olunan məsləhətlərimizdən istifadə üdin.Lakin süd çoxdursa (bu adətən uşaq balaca olanda baş verir) bu halda mütləq həkimlə məsləhətləşin.Lazım olduqda həkim sizə prolaktin hormonunun ifrazını dayandıran (prolaktin hormonu laktasiyanı stimullaşdırır)xüsusi dərman preparatları təyin edir.