Logo

Əl pilinginin əhəmiyyəti nədir?


Qışda quruyan və çatlayan əllərinizə piling ilə baxım edin.

Qışda quruyan və çatlayan əllərinizə piling ilə baxım edin.Qışda ən böyük dərdimz quruyan və çatlayan əllərimizdir. Hər zaman əlcək istifadə edə bilmirik buna görə də əllərimiz soyuqdan  çox təsirlənir.
Qışda bütün bədənimiz kimi əllərimiz də nəmsiz qalır,quruyur. Soyuq havadan çatlayan əllərimizə gəlin birlikdə baxım edək.
Əl pilingi necə edilir?
Qış aylarında nəmsiz və quru qalan əllərinizdən narahat olursunuzsa artıq baxım etmə zamanı gəldi deməkdir. Xüsusilə soyuq havalarda daha da quruyan əllər üçün mütləq əlcək istifadə etməlisiniz. Hətta qış aylarında əlcəyinizi geyməmişdən əvvəl əllərinizi nəmləndirici ilə nəmləndirin və sonra əlcəyinizi geyinin.

Beləliklə, əllərinizi həm soyuqdan qorumuş həm də baxım etmiş olarsınız. Qışda ən çox diqqət yetirməniz lazım olan şey əl kremidir. Əl Kreminizi seçərkən nəmləndirici olmasına diqqət edin.
Əgər əlləriniz çox sərt və nəmsiz isə baxım edərkən müalicə edən əl kremlərini də seçin. Ağlınıza gəldikcə hər zaman əl kremi istifadə edin.Çantanızda, avtomobilinizdə, iş yerinizdə mütləq əl kreminiz olsun.

Yaşı ən çox müəyyən edən əllərdir.

Əl baxımında ən əhəmiyyətli faktorlardan biri isə əl pilingidir. Piling ölü dərilərdən təmizlənməmizə köməkçi olar. Əgər yumşaq əllərə qovuşmaq istəyirsinizsə etməniz lazım olan şeylərdən bir dənəsi də peelingdir.
Hər gün olmasa da həftə də bir dəfə əllərinizə piling tətbiq edin. Bunun üçün xüsusi bir piling almağınıza ehtiyac yoxdur. Bədəniniz üçün istifadə etdiyiniz piling əllərinizdə də istifadə edə bilərsiniz.
Əgər təbii pilingin tərəftarıysanız o zaman toz şəkəri təcrübə edin.. Əllərinizi birazca nəmləndirdikdən sonra bir az toz şəkər ilə masaj edin və daha sonra təmizləyin. Fərqi siz də görəcəksiniz.