Logo

Möcüzə - ot: 3 günə 5 kilo arıqlayın!


Salatlarımıza xoş bir ləzzət qatmaq və yeməklərimizi bir az rəngləndirmək üçün istifadə etdiyimiz cəfərinin bir çox faydası var. Doğru zamanda istifadə etdiyimizdə bizi bir çox sağlamlıq probleminə qarşı daha müqavimətli hala gətirəcək potensiala da sahibdirdir.

Cəfəri toksinlərin bədəndən atılmasını təmin edərkən, qanı təmizləyir, qan azlığına, böyrək və qaraciyər narahatlıqlarına yaxşı gəlir.
Cəfəri qrip və soyuqdəyməyə yaxşı gəlir. Xərçəngə qarşı qoruyucudur.
Gözə qüvvət verər. Diş ətlərini gücləndirər. İştah açar. Dəriyə canlılıq verər və dəri ləkələrini azaldar.

Cəfəri süfrəmizdən əskik etmədiyimiz göyərtilərdən biridir. Cəfərinin arıqlamağa kömək etdiyini artıq bilməyən yoxdur.

İnce.az cəfərinin sağlamlığa faydalarını araşdırıb.

 

 Araşdırmalar sübut edir ki, cəfərinin özü kimi ondan əldə edilən şirə də orqanizm üçün əsl şəfa mənbəyidir.

Arıqladır
Cəfəri suyu orqanizmdən ödəmi atır, güclü sidikqovucudur. 10 gün mütəmadi olaraq cəfəri suyu içmək arıqlamağa kömək edir. 1 dəstə cəfərini qaynadıb süzərək əldə edilən su ilıqlanandan sonra içərisinə 1 çay qaşığı limon şirəsi və bir çay qaşığı bal əlavə edib səhərlər ac qarnına içmək lazımdır.