Logo

Sobada toyuq əti ilə badımcan


•1 kq badımcan
•350 qr yumuşaq toyuq əti
•1 soğan 
•1 qaşıq bibər tomatı
•Yarım qaşıq pomidor tomatı
•1 pomidor
•1 çay qaşığı qarabibər 
•Cəfəri
•Duru yağ

Hazırlanması;
•Badımcanları soyub bıçaqla bir kəsik atın ki içi də qızarsın 
•Bol duruyağda qızardın  
•Soğanı doğrayıb az yağda qovurun 
•Əti əlavə edib qovurmağa davam edin 
•Pomidor və tomatları əlavə edib qarışdırın 
•Duz və qarabibər əlavə edib bir armudu stəkan su ilə qaynadın 
•Sonra badımcanları doldurub bir pomidor rəndələyib
•Bir çay qaşığı tomat ilə qarışdırın
•Qalanın da ətrafına töküb sobaya qoyun