Logo

Gözaltı qaraltılar üçün kartof və nanə


Kartof təbii dəri parladıcı və damarları sıxlaşdıran təsirə malikdir. Nanə isə qanın hərəkətini tənzimləyir və bu ikili gözaltı qaralmaları inanılmaz dərəcədə azaldır.

İçindəkilər

Kiçik ölçülü kartof -  1 ədəd 

Təzə nanə - 5-6 yarpaq 

Hazırlanması

Kartofu təmizləyib, kiçik - kiçik dilimləyirik. Nanə ilə birlikdə blenderdən keçirib, püre halına gətiririk. Bel üstündə uzanıb bu püre qarışımı gözaltına uyğulayın. İstəsəniz buzxanada 5 dəqiqə müddətində saxlayıb soyuq halda da istifadə edə bilərsiniz. Bu zaman gözaltı qaralmalarla yanaşı, şişləri də aradan qaldırmış olarsınız. Maskanı gözaltında 10-15 dəqiqə saxladıqdan sonra gözlərinizi ilıq su ilə yuya bilərsiniz. Bu maskanı problemlə qarşılaşdıqca tez-tez etsəniz xeyirli olar.(foxy.az)