Logo

Körpə dabanı kimi yumşaq dabanlara sahib olmağın üsulları


Daban çatlaqları, ayaqlarda həddindən artıq quruluğun səbəb ola biləcəyi son nöqtədir. Yəni, nəmsiz qalan ayaq səthindəki dəri dabanlardan başlayaraq qurumağa və ağrı verən çatlamalara çevrilər.

Daban çatları, müalicə edilmədiyi vəziyyətlərdə, həm estetik, həm psixoloji olaraq narahatlıq verər. Ayaqyalın gəzərkən ağrı hiss edə bilərsiniz. Kapron corab geydiyinizdə ilmə qaça bilər, arxası açıq ayaqqabı geyməkdən çəkinə bilərsiniz. Halbuki, sadə bir- neçə üsulla daban çatı poblemindən tamamilə xilas ola bilərsiniz!

Necə?..

Daban çatlaması müalicəsi üçün sizə sınanmış, ucuz və qısa müddətdə nəticə verən təkliflər təqdim edirəm. Baxım əməliyyatı zamanı ehtiyacənız ola biləcək vəsaitlər: daban daşı, isti su, streç salafan, pambıq corab, şampun və nəmləndirici krem… 
Vəsaitləriniz hazırsa; bir gecəyə yumşaq dabanlara qovuşmaq üçün baxıma başlaya bilərik!

Ayaqlarınızın girə biləcəyi böyüklükdə bir vedrəyə, dözə biləcəyiniz istilikdə su doldurun. Suyun içərisində nəmləndirici xüsusiyyətə malik şampun ya da duş geli əlavə edib köpürdün. Ayaqlarınızı, isti suyun içinə salıb, ən az on beş dəqiqə saxlayın. Ayaqlarınızı sudan çıxarın və yüngül nəmli qalacaq şəkildə dəsmalla qurulayın. dabandaşı ilə, dabanlarınızı və pəncənizi yaxşıca sürtün.

Sürtmə əməliyyatı əsnasında dabanınızdakı ölü dərilər töküləcək. Çatlaq dabanlarınızı dabandaşı ilə sürtmə əməliyyatı bitdikdən sonra ayaqlarınızı ilıq su ilə yaxalayın və heç nəm qalmayacaq şəkildə yaxşıca qurulayın. Ayaq baxımı üçün xüsusi  baxım kremini topuqlar və bütün ayağınıza sürtün

Axırda, kremin təsirini göstərməsi üçün edəcəyimiz ən əhəmiyyətli addıma keçirik: streçlə sarımaq lazımdır! Streç , ayaqlarınızın tərləməsini, məsamələrin açılmasını və bu sayədə nəmləndirici kremin, dərinin ən alt laylarına qədər hopmasını təmin edəcək. Streçlə sarıdığınız ayaqlarınıza, pambıq corab geyin və rahat yatın. Səhər oyandığınızda, dabanlarınızın  heç olmadığı qədər hamar və yumşaq olduğunu görəcəksiniz!

Dabanınızdaki çatlaqların təkrarlamaması üçün bu əməliyyatı həftədə bir dəfə təkrarlayın.

Belə asan bir əməliyyatla körpə dabanına sahib ola bilərsiniz.