Logo

Tostlar və səhər yeməyi üçün ətirli qəlyanaltı yağı


Reyhanlı və qırmızı acı bibərli (çili) qəlyanaltı yağının hazırlanma qaydasını təqdim edirik.

Bu yağ nəinki buterbrod və tostlar üçün yarayır, həmçinin bişmiş kartof, tərəvəz və digər təamlarla əla dadır. Üstəlik, uzun müddət saxlamaq da olur. 

Tərkibi: 

1. reyhanlı: 

200 q kərə yağı

1 limonun sedrası

1 iri dəstə reyhan 

1 diş sarımsaq 

duz

istiot

2 x.q. zeytun yağı

2. Qırmızı bibər (çıli)

200 q kərə yağı
1,5 ç.q. zirə toxumu
1,5 ç.q. keşniş toxumu
2 çili
1 diş sarımsaq 
2 x.q. zeytun yağı
1 dəstə keşniş (ya da cəfəri)
duz, istiot

1. Reyhanlı yağ 

Yumşaldılmış yağ, limon sedrası, reyhan yarpaqları, zeytun yağı, 1 çimdik duz və istiot, təmizlənmiş sarımsağı blenderdə eynicinsli kütlə alınanadək xırdalayın. 

2. Çilili yağ 

Quru tavada zirə və keşniş toxumunu 2 dəqiqə qızdırın. Soyudub həvəngdəstədə döyün. 
Xırda doğranmış çili, göyərti, yumşaldılmış yağ, keşniş və zirə toxumu, zeytun yağı, sarımsaq, 1 çimdik duz və istiotu blenderdə eynicinsli kütlə alınanadək xırdalayın. 

2 ayrı folqanın üzərinə yağları qoyun. Folqaların köməyi ilə kolbasa halına salın, kənarlarını bağlayın. Soyuducuda minimum 1 saat saxlayın. 

Süfrəyə qızardılmış tostlarla verə bilərsiniz.

Nuş olsun!