Logo

Hər gün şüyüd yeməyin 10 faydası


Şüyüd tərkibinə görə bir çox göyərtiləri geridə qoyur. Qədim sivilizasiyalarda təbiblərin ən çox istifadə etdiyi bitkidir. 

A, C, E, PP, H, B qrup vitamimləri ilə zəngindir. Minerallardan kalsium, kaliy, fosfor, dəmir, maqniy, natrium, marqans, sink və s. vardır.

İnce.az medicina.az-a istinadən xalq təbabətində şüyüdün 10 faydasını və hansı xəstəliklərdə tətbiq olunacağını təqdim edir:

-Sakitləşdirir, rahatlaşdırır
-Spazmları, sancını, köpü aradan qaldırır
-Damar genişləndiricidir 
-İltihab əleyhinə təsir
-Bəlğəmgətirici
-Sidik və ödqovucu

Bu xəstəliyi olanlar həm təzəsini, həm çayını, həm toxumunu istifadə edə bilər:

-Piylənmə, aşırı köklü

-Qaraciyər və öd xəstəlikləri

-Böyrək iltihabı

-Yüksək turşulu qastrit

-Bronxlar, ağciyərlər, öskürək

-Sinir oyanıqlığı, əsəb-Allergiyada

-Qıcolmalar, nevroz, miqren

-Anemiya

-Diabet

-1-2 dərəcəli hipertoniya

-Gözdə zəiflik, miopatiya, konyuktivit

-Həzm pozğunluğu, köp, qəbizlik

-Qadınlarda menstrual tsikl pozğunluğu

Hamilələrə və aşağı təzyiqi olanlara qadağandır. Uşaqlıqda spazm yaradır.