Logo

Şokolad sousu ilə Pankek


Şokolad sousu ilə Pankek

Ərzaq
 
1 ədəd yumurta
1 çay stəkanı duru yağ
Yarım çay stəkanı süd
1 su stəkanı su
1 su stəkanı toz şəkər
1 çay  qaşığı qabartma tozu
2 və ya 3 su stəkanı un (göz qərarı)
 
Arası üçün
1 paket sadə tort kremi
1 su stəkanı süd

 Şokolad sousu üçün

Yarım çay stəkanı un
Yarım çay stəkanı kakao
1 çay stəkanı toz şəkər
2 su stəkanı süd
 
Hazırlanması
 
İlk olaraq pankeklərimizin xəmirini etməyə başlayaq. Bunun üçün  qaba bütün xəmir üçün olan ərzaqları  əlavə edib və mikserlə yaxşıca çalınır, keks xəmiri halına gətirilir. Yağsız bir tava qazın üzərinə qoyulur  və hazır xəmirdən  bir xörək  qaşığı tavaya tökərək blinçik kimi hər iki üzü bişirilir. Bişirilmiş  pankeklərimizi  soyumağa buraxaq. Digər tərəfdən şokolad sosumuzun vəsaitlərini bir qazana alaq və zəif qazda  qarışdıraraq 3-4 dəqiqə bişirək.Bişən sosumuzu qazın üzərindən  alaq və soyumağa buraxaq.Tort kremini  mikser qabına alaq, südü üzərinə tökək və mikserlə yaxşıca çalınır.Tort  kremini pankeklərin arasına çəkilir  və pankeklər üst - üstə yerləşdirilir. Soyuyan şokolad sosumuzu pankeklerimizin üstünə tökək və xidmət edək.
 
Nuş Olsun.