Logo

Arıqlamağa kömək edən tərəvəz və meyvə suları


Arıqlamağa kömək edəcək meyvəli və tərəvəzli içkilər

Kök suyu

Kök suyu arıqlamağa kömək edir. Kalorisi çox az olduğu halda, lif səviyyəsi yüksəkdir. Ara yeməklərdə içə bilərsiniz. 1 stəkan kök suyu günorta yeməyindən axşam yeməyinə kimi toxluq hiss etməyinizə kömək edəcək. Həddini aşmamağa çalışın.

Ananas suyu

Ananas qarın yağlarını əritməyə kömək edər.  Ananas suyu içdikdə, bədən daha çox enerji xərcləyər. 

Xiyar suyu

Xiyarın özünü yemək və ya suyunu içmək eyni təsiri göstərəcək. Az kalori ilə uzun müddət toxluq hiss edəcəksiniz. Ləzzətli olmağını istəyirsinizsə, içinə bir neçə ədəd nanə yarpağı qoyun.

Nar suyu

Nar metabolizmanı sürətləndirir. Dəriyə də faydası çoxdur.

Kahı suyu

Həzm yollarını təmizləyir, şişliyi ortadan qaldırır. Bədənə detoks təsiri göstərir.