Logo

Saçların uzanmasına kömək edən 10 bitki yağı


Saçlarınız gec uzanır? Həlli çox sadədir. 

1. Zeytun yağı — Bu yağ saçlarınızın daha canlı və daha yumşaq olmasını təmin edir. Parlaqlıq verir və baş dərisini kəpəkdən xilas edir.

2. Badam yağı — Tərkibində olan A, B, K vitaminləri və kalsium sayəsində saç köklərini gücləndirir, daha tez uzanmasına yardım edir. Ayrıca olaraq, badam yağını kirpiklərinizi uzatmaq üçün də istifadə edə bilərsiniz. Davamlı istifadə zamanı olduqca effektivdir.

3. Kokos yağı — Bu yağ saçları gücləndirir, zədələnmiş saçları bərpa edir və kəpəklənmənin qarşısını alır, saç dərisini qidalandırır, saçlara parlaqlıq verir. Mükəmməl qoxusu da sizi valeh edəcək.

4. Rozmarin yağı — Maddələr mübadiləsini sürətləndirmək üçün istifadə olunur. Bu da saçların uzanmasına, saç diblərinin qidalanmasına və gurlaşmasına kömək edir.

5. Kastor yağı — Tərkibində olan E vitamini sayəsində saç köklərindəki qan dövranını tezləşdirir və diblərinin yaxşılaşmasına yardım edir.
REKLAM

6. Lavanda yağı — Antibakterial xüsusiyyəti saç xəstəliklərini müalicə edir və saç tökülməsini azaldır.

7. Sidr ağacı yağı — Bu bitkinin faydaları saymaqla bitməz. Saç tökülməsini azaltmaqla yanaşı, seyrəkləşən saçları da müalicə edir.

8. Nanə yağı — Qan dövranını qaydasına salaraq saçların uzanmasına kömək edir. Kəpəyə qarşı da istifadə edilən nanə yağı antiseptik təsiri nəticəsində saç dərisindəki xəstəlikləri də sağaldır.

9. Müşk adaçayı yağı — Sehirli təsirə malik olan bu yağ həm saç uzatmaq istəyənlərin, həm də yağlı saç dərisi olanların problemini həll edəcək.

10. Çobanyastığı yağı — Bu yağ kəpəyin qarşısını alır, saç dərisindəki dermatit və sədəf kimi xəstəlikləri sağaldır. Çobanyastığı yağı saç uzanması üçün də effektivdir.

Saçlarınız sağlam və parlaq olsun!