Logo

Şokolad souslu fındıqlı tort


Tərkibi:

4 yumurta

1 çimdik duz

150 qram pudra şəkər

150 qram kərə yağı

1 paket qabartma tozu

1 ç/q darçın

1 ç/q mixək

350 qram kök

150 qram çəkilmiş fındıq içliyi

Yarım limonun sürtgəcdən keçirilmiş qabığı

Sous üçün

150 qram bitter şokolad 

170 millilitr krem

Hazırlanması:

Yumurtaları, çimdik duz və pudra şəkəri ilə köpüklü olana qədər çırpın. Daha sonra un, qabartma tozu, darçın, mixək, fındıq içliyi və sürtgəcdən keçirilmiş limon qabığını bir qabda qarışdırın.

İki qarışımı 1 qabda qarışdıraraq içinə sürtgəcdən keçirilmiş kökləri əlavə edin. Yağlanmış listə tökərək əvvəlcədən isidilmiş 170 dərəcəlik sobada 30 dəqiqə bişirin. Daha sonra şokoladı əridin. Bişən keksin üstünə tökün. Üstünə fındıqları düzün.