Logo

Təbii görünən qüsursuz makiyaj üçün 9 ideya


Hər gün bir neçə dəqiqə və hətta saatınızı güzgü qarşısında keçirirsinizsə, mütləq qərarsız qaldığınız bəzi məqamlar da var.

Siz gözləriniz yaxud dodaqlarınızı daha çox vurğulamaq, dərinizin rənginə uyğun tonal krem seçməklə bağlı tərəddüdlər yaşaya bilərsiniz və bunlar da olduqca yorucu ola bilir. 
Təbii görünüşlü makiyaj isə sizin xəyallarınızı bəzəyir.

İdeal Ton
Dərinizin qüsursuz görünməsiüçün çalışırsınıza, tonal krem,kirşan (rus.pudra) və konsilerdən istifadə edin. Tonal kremi seçərkən diqqətli olun – hətta, qara rəngini çalarlarında bir dəriyə sahib olmaq istəyirsinizsə də, öz dərinizdən çox fərqlənən rəngseçməyin. Bu, üzünüzə çirkli və səliqəsiz görüntü verəcək. Konsiler isə tonal kremin rəngindən bir ton açıq olmalıdır, daha artıq olduqda, üzünüzdə xoşagəlməz ton ayrılığı ola bilər.

Sıx qaşlar
Qaşlarınızı vaxtaşırı səliqəyə salın və makiyaj etdikdən sonra, qaşınızın içindəki boşluqları xüsusi qaş karandaşlarıyla doldurmağa çalışın. Unutmayın ki, qaşlarınız saçlarınız rəngində olduqda, çox səliqəli və gözəl görünür. Karandaş seçərkən də bu məqama diqqət yetirin.

Gözləri vurğulamaq
Gözlər bir qadının ən güclü silahıdır. Gözlərinizi açıq qəhvəyi göz kölgələri ilə haşiyəyə alın. Göz qapaqlarınızda maksimum dərəcədə neytral tonlardan istifadə edin. Gözlərinizin yorğun görünməməsi üçün çox tünd rənglərdən gündəlik makiyajda çəkinin.

Zərif Ənlik
Təbii görünən makiyaj üçün ən ideal ənlik bej-çəhrayı rənglərdir. Ənliyin güldüyünüzzaman qabaran hissələrə vurulmalı olduğunu unutmayın. Bu üzünüzdə çox təbii bir effekt yaratmaq üçün əla ideyadır.

Parlaq Dodaqlar

Təbii görünən makiyaj etməyə çalışsaq da, dodaqları vurğulamadan bunu yaxşı edəbilmərik. Dodaq boyası və ya parıltısının isti rənglərdə olmasına çalışın və dodağınıza barmağınızla vurun. Bu halda daha təbii görünüş əldə etmiş olacaqsınız.

Əsmər xanımlar üçün təbii makiyaj
Tünd saçı olan xanımlar ideal təbii makiyaj üçün qara göz qələmindən istifadə edə bilərlər. Dodalarını isə çəhrayının tünd çalarlarıyla boyasalar qüsursuz makiyaj xəyallarına çata bilərlər.

Sarışın xanımlar üçün təbii görünüşlü makiyaj
Sarışın xanımlar gözlərini zərif tonlarla vurğulamalıdırlar. Ümumiyyətlə, bütün makiyaj zərif tonlardan ibarət olmalıdır. Dodaqlara parıltı vurmaq makiyajı çox incə və təbii göstərə bilər. Öz dodaq rənglərinə uyğun çəhrayı çalarlarına dodaq boyalarından istifadə etməlidirlər.

Kürənlər üçün ideal makiyaj
Qırmız saçlı qadınlar göy və bənövşəyi tonlarından uzaq durmalıdırlar. Onlar daha çox qızılı və pastel rənglərə üstünlük verdikdə, çox gözəl görünə bilirlər. Dodaq boyası və ənliyi isti tonlarda seçərək, makiyajı tamamlamaq mümkündür.

Mükəmməl Nude
Qızıl qaydanı yadda saxlayın: 
Adi makiyaj zamanı siz ya gözləriniz, ya da dodaqlarınızı vurğulamalısınız. Lakin, təbi makiyaj üçün isə həm gözünüzü, həm də dodağınızı mükəmməl balans yaradaraq vurğulamalısınız.