Logo

Üzü ağardan və təmizləyən kompleks qulluq


Azadqadin.az sizlərə ev şəraitində asanlıqla hazırlaya biləyəcəyiniz üz üçün ağardıcı  və təmizləyici maska təqdim edir. Bu maska ilə dəri tonunuz gözlə görüləcək dərəcədə açılacaq və üzünüz kristal  təmizliyə malik olacaq. Maskanın üzə tətbiq olunması 2 mərhələdən ibarətdir. Birinci mərhələdə bal, qəhvəyi şəkər və limondan ibarət skrab hazırlayırıq. 

2  xörək qaşığı qəhvəyi şəkər

2 çay qaşığı bal

Yarım stəkan limon suyu

Yuxarıda verilən inqridentləri  qarışdırandan sonra 5 dəqiqə müddətində  üzdə saxlayırıq və yaxşıca yuyuruq. 

Skrabdan dərhal sonra isə ikinci mərhələ- maska  mərhələsi tətbiq edilməlidir.Maska üçün bizə yarım stəkan buğda unu, 2 xörək qaşığı süd tozu, 2 qaşıq bal, bir qədər sarıkök, və su lazımdır.Sudan başqa bütün inqridentlər qarışdırılır və üzərinə krem halına gələnə kimi az az su əlavə olunur. Üzə çəkildikdən  20 dəqiqə sonra yuyulur. 

Qeyd:  Gün ərzində bir dəfə, hər iki mərhələ eyni vaxtda və ardıcıl şəkildə tətbiq edilməlidir. Skrabı üzdə iki dəqiqədən artıq saxlamaq olmaz. Skrab üzdən yumşaq hərəkətlərlə təmizlənməlidir.