Logo

Əsl ərik cemi


Ərik cemi müxtəlif piroqların, peçenyelərin, ruletlərin, tortların hazırlanmasında tez-tez istifadə olunur. Həmçinin bu əla səhər yeməyidir. 
Sizə ərik ceminin reseptini təqdim edirik. 
Tərkib: 
- 1 kq ərik (çəyirdəksiz) 
- 750 qr şəkər tozu 
- 1 x.q. limon şirəsi 
Hazırlanması: 
1. Meyvələri yuyun, çəyirdəkləri çıxardın, enli ləyənə yığın, üzərinə şəkər tozu tökün, 2-3 saat saxlayın. 
2. Ləyəni odun üzərinə qoyun, limon şirəsini əlavə edin, qarışdırın, qaynara düşəndə üzünə çıxan köpüyü yığın. 
3. Cemi blenderdə əzin, orta odda qatılaşana qədər bişirin (təxminən 40 dəqiqə). Cemi vaxtaşırı olaraq qarışdırın ki, dibi yanmasın. 
4. Cemin hazır olub-olmadığını yoxlamaq üçün 1 damcısını nəlbəkiyə tökün. Damcı yayılmayıbsa, cem hazırdır. 
Nuş olsun!