Logo

Kürəkdəki sızanaqlardan necə xilas olmalı?


Kürəkdəki sızanaqları necə aradan qaldırmalı?

Kürəkdəki sızanaqlar üçün ilk əvvəl mütəxəssisə müraciət etməlisiniz. Ancaq aşağıdakı üsulları da yoxlaya bilərsiniz.

Alma sirkəsi

1 stəkan suya, 1 yemək qaşığı sirkə qatın. Bunu kürəyinizdəki sızanaqlara masaj edərək çəkin. 10 dəqiqə gözlədikdən sonra ilıq su ilə durulayın. Təmiz bintlə quruduqdan sonra nəmləndirici çəkin. Sızanaqlar keçənə qədər gündə 2 və ya 3 dəfə edin

Zərdəçal

1-2 çay qaşığı zərdəçal tozuna biraz susam yağı qarıştırıb məcun hazırlayın və bu qarışımı sızanaqlarınıza çəkin. 1 saat gözləyin və durulayın. Bunu gündə 1 və ya 2 dəfə edə bilərsiniz.

Limon

Bir dilim təzə limonu, kürəkdə sızanaqların olduğu bölgəyə çəkin. Soyuq su ilə durulamadan əvvəl 10 dəqiqə gözləyin. Bunu gündə 1-2 dəfə tətbiq edin. Əgər dəriniz həssasdırsa, limonu dərinizə çəkmədən əvvəl eyni miqdar gül suyu ilə qarışdırıb, 1 pambıq köməyi ilə kürəkdəki sızanaqlara çəkin. 20-25 dəqiqə gözlədikdən sonra soyuq su ilə yuyun. Bunu gündə 2 dəfə təkrar edin.