Logo

Ləzzətli ACİKA resepti


Acikanın reseptləri çoxdur. Sizə bu reseptlərdən birini təqdim edirik. Çox dadlı acika alınır. Acı bibərin miqdarını azalda bilərsiniz. 
Tərkib: 
- 3 kq qırmızı "ətli" pomidor 
- 1,5 kq qırmızı bibər 
- 200 qr sarımsaq 
- 100 qr acı bibər 
- 1 stəkan bitki yağı 
- 2 x.q duz 
- 1 x.q. şəkər tozu 
Hazırlanması: 
1. Tərəvəzləri təmizləyin, blenderdən keçirin. 
2. Emallı qazana yığın, bitki yağı, duz, şəkər tozu əlavə edin, yaxşı qarışdırın. Vam odda 2 saat ərzində qaynadın. 
3. Qaynar-qaynar sterilizə olunmuş bankalara doldurun, qapaqları bağlayın, ağzı aşağı olmaqla süfrənin üzərinə qoyun, ədyalla örtün, soyuyana qədər saxlayın. 
Nuş olsun!