Logo

Aç qalmadan bir həftədə 3 kilo arıqlamaq istəyirsinizmi?


Aç qalmadan, yemək nizamınızı pozmadan, əlavə xərcləmə etmədən bir həftədə 3 kilo verməyə nə deyərsiniz?

Diyet etmək hər zaman üçün çətindir. Diyetin psixoloji təzyiqi, yemək rejiminizin alt-üst olması, tətbiq olunması son dərəcə çətin pəhrizlərin varlığı və özünə xüsusi yemək hazırlama çətinliyi bir çox qadını diyetadan imtina etdirir.

Evinizdə bişirdiyiniz yeməklərlə də pəhriz etməniz mümkündür. Amma bunun üçün lazım olan, hansı qidanın nə qədər və nə ilə yeməyinizin lazım olduğudur. Gündəlik 1100 kalori olan bir diyeta, nizamlı tətbiq etmə nəticəsində 10 gündə 4 kilo verməyiniz mümkündür. Bu vaxt bol-bol maye içməyə də laqeyd yanaşmamaq lazımdır.
Qeyd: Bu pəhriz, şəkər, ürək və böyrək xəstələri üçün uyğun deyil.

1.Gün
 
Qəhvəaltı: Şəkərsiz çay, 30 qr. pendir, 1 dilim kəpək çörəyi, 1 pomidor, yaşıl bibər
 
Saat 10:00 - 100 qr. meyvə
 
Nahar: 1 kasa mərcimək şorbası, 200 qr. qızartma kotlet, 4 şorba qaşığı noxud və kök garniri, 1 qab az yağlı salat
 
Saat 16:00 - 100 qr. meyvə
 
Axşam: 2 ədəd yağsız  badımcan, 2 şorba qaşığı plov, 1 qab yağsız salat
 
Gecə: 100 qr. meyvə

2.Gün
 
Qəhvəaltı: 240 qr. yağsız süd, 25 qr. kəpəkli biskvit, 100 qr. banan, 1 pomidor, xiyar
 
Saat 10:00 - 100 qr. meyvə
 
Nahar: 2 ədəd bibər dolması, 3 şorba qaşığı spagetti, 150 qr. yağsız qatıq, 1 qab yağsız salat
 
saat 16:00 - Yarım qaynadılmış qarğıdalı
 
Axşam: 1 kasa şorba, 8 şorba qaşığı qovrulmuş ispanaq, 100 qr. yağsız qatıq, 1 dilim kəpək çörəyi, salat
 
Gecə: 100 qr. meyvə

3. Gün
 
Qəhvəaltı: 1 yumurta ilə qayğanaq, 25 qr. kəpəkli çörək, 1 kök , salat
 
Saat 10:00 - 100 qr. meyvə
 
Nahar: 1 kasa şorba, 1,5 boşqab toyuq dönəri, 1 qab az yağlı salat
 
Saat 16:00 - 100 qr. meyvə
 
Axşam: Balıq (neytral), az yağlı salat
 
Gecə: 150 qr. meyvə