Logo

Hamilələr mütləq bunları yesin


Qadınlar hamiləlik ərəfəsində daha çox yeyib-içdiklərinə fikir verməlidirlər. Bu zaman onlar daha çox vitamin qəbul etməlidirlər.

İnce.Az xəbər verir ki, sağlam qidalanma uşağınızın da sağlam doğulmasına kömək edəcək.

Hamiləlik zamanı bu 6 qidanı mütləq yeməlisiniz6

Taxıl məhsulları - taxıl tərkibli qidalar dəmirlə zəngindir. Səhər yeməyində yeyə bilər, gözəl bir sendviç hazırlaya bilərsiniz. Və ya axşam yeməyinə pəhriz düyüsü hazırlayıb, yeyə bilərsiniz.

Lobya - Lobyanın hər növü süfrənizdə mütləq olmalıdır. Yanına ət qoya və ya salatın tərkibinə əlavə edə bilərsiniz. Proteyinlə zəngin olan lobya həm də kalsium və dəmir tərkiblidir.

Qıl balıq - omeqa ilə zəngindir. Körpənin beyin və gözləri üçün mütləqdir. Eyni zamanda proteyindir və B vitamini ilə zəngindir.

Yumurta - Proteyindir. İçərisində çox sayda vitamin və mineral var. Uşağın beyin inkişafı üçün önəmlidir. amma yeyərkən yaxşı bişməsinə diqqət edin.

Az yağlı qatıq - Bir stəkan az yağlı qatıq süddən daha çox kalsium verir. Şəkər əvəzinə içərisinə quru meyvə tökün.

Giləmeyvələr - Böyürtkən, qarağat və moruq hamiləlikdə mütləqdir. Həm dadlıdır, həm də vitaminlərlə zəngindir. Sizə çoxlu vitamin C verəcək.