Logo

İsrail xanımlarının pəhriz sirri


Tez bir zamanda arıqlamaq yəqin ki, bütün xanımların arzusudur. Bunun üçün isə bütün pəhriz qaydalarına əməl edilməlidir. 

İnce.Az İsrail xanımlarının maraqlı arıqlama üsulunu təqdim edib: 

Bu pəhriz də 1 həftədə 5 kiloqram arıqlamağa kömək edəcək. Pəhriz müddətində ancaq su içmək lazımdır. Hərdən 1 çay qaşığı zeytun yağı da içə bilərsən.

Gündəlik menyu bu cür olmalıdır:

Səhərlər: müxtəlif tərəvəzlərdən salat, yağsız pendir, yaşıl noxud, suda bişmiş qarğıdalı, suda bişmiş 1 ədəd yumurta və yaşıl çay. (Bunların hamısını birdəfəyə yemək olmaz. Hər səhər birini seçin)

İkinci səhər yeməyi: 200-300 qr. şirin olmayan meyvə.

Nahar: suda bişmiş və ya təzə tərəvəzlərdən hazırlanan salat, tərəvəz şorbası (və ya yağsız borş) suda bişmiş ət (balıq, toyuq və ya dana əti), qara çörək. Desert əvəzi bişmiş alma yemək olar.

Axşamtərəfi: 300 qr. turş meyvə.

Şam yeməyi: 1 stəkan yoqurt və ya kefir. Əncir, qara gavalı qurusu və qoz.