Logo

Saç tökülməsini azaldan 4 qida


Gündəlik qida rasionunuza saç tökülməsini azaldan qidaları əlavə edərək daha canlı və gur saçlara sahib ola bilərsiniz. Saça xaricdən qulluq etmək qədər, daxildən zülal, mineral və vitaminlərlə qidalandırmaq da əhəmiyyətlidir.

Qoz saç tökülməsini azaldır
Zülal tərkibli qoz saç tökülməsini azaltmağa kömək edir. Saç köklərini daxildən qidalandırır, daha həcmli və canlı saçlara sahib olmağınıza kömək edir.

Hər gün bir ovuc qoz yeyərək saç tökülməsini azalda bilər və sağlamlığınızı gücləndirə bilərsiniz.

Zeytun yağı saçları daxildən qidalandırır
Saç tökülməsini dayandırmaq üçün zeytun yağı ilə qulluq etməyi çox güman ki, düşünmüsünüz. Həqiqətən müsbət təsir göstərməsi üçün zeytun yağını qida olaraq qəbul etməyiniz tövsiyə olunur. E vitamini tərkibli zeytun yağı saçları gücləndirir.

Hazırladığınız salatlara zeytun yağı əlavə edin. Qızdırılmadığı halda zeytun yağı daha qidalandırıcı və faydalı olur.

Balqabaq toxumu saçları gücləndirir
Balqabaq toxumu tərkibindəki vitamin və faydalı yağlar ilə saçları gücləndirməyə kömək edir. Bundan başqa estrogen hormonu balansını tənzimləyərək yeni saçların çıxmasına kömək olur.

Hazırladığınız salatlara balqabaq toxumu əlavə edə bilər və ya hər gün bir ovuc içi qədər yeyə bilərsiniz.

Yumurta saç tökülməsinin qarşısını alır
Ana südündən sonra ən dəyərli qidalardan biri də yumurtadır. Zülal, mineral və faydalı yağlarla zəngindir. Saç zülal ilə qidalanır. Saç tökülməsini azaldan qidalar arasında yumurtaya da yer verməyi unutmayın.

Hər səhər 1 ədəd qaynadılmış yumurta yeyə bilərsiniz.